Azərbaycanlı aktrisa beynəlxalq mükafata layiq görüldü

 11:02 02.05.2019     472

Kazanda keçirilən XV Beynəlxalq Müsəlman Kinosu Festivalında Azərbaycanı rejissor İlqar Nəcəfin “Nar bağı” filmi təmsil edib.

Redaktor.az xəbər verir ki, azərbaycanlı aktrisa İlahə Həsənova festivalda mükafata layiq görülüb.

O, mükafatı filmdəki Sara roluna görə “Tammetrajlı bədii filmin ən yaxşı aktrisası” nominasiyası üzrə alıb.