57 rəqəminin sirri nə idi? - Telman Adıgözəlovun oğlu AÇIQLADI

 18:15 07.05.2019     774
Mərhum Xalq artisti Telman Adıgözəlovla bağlı inanılmaz məlumat yayılıb. 
 
Redaktor.az xəbər verir ki, mərhumun avtomobilinin nömrəsi ilə ölüm günü eyni olub.
 
Faktla bağlı aktyorun oğlu Tural Adıgözəlovla əlaqə saxladıq. O, bunun təsadüf olduğunu dedi:
 
“O vaxt uzun müddət köhnə avtomobilinin nömrəsi 57 00 olub. Lakin sonra dəyişdi. Düzdür, ölüm yaşı ilə eynidir. Amma sırf 57 rəqəmindən qorxduğu fobiyası olduğu ya da sevdiyi barədə özündən heç nə eşitməmişəm. Bu barədə onun həmkarları danışıb. Bu kimi inanclara mən də atam da inanmırdı". 
 
Sevda Bayramova / REDAKTOR.AZ