Əməkdar artistdən ÜZÜCÜ XƏBƏR: “Ayağımda çürümə gedirdi..."

 16:55 10.05.2019     796

Əməkdar artist, sevilən aktyor Rəhman Rəhmanovun səhhəti pisləşib.

Redaktor.az xəbər verir ki, aktyorun ayaqları tutulub.

Səhhəti ilə bağlı aktyorla əlaqə saxladıq:

“Sistem altındayam. Sağ ayağım 4 gündür tutulub. Evdə ancaq 2 addım atıram, o da əsa ilə. Yeriyə bilmirəm. 15 ildir ağır şəkər xəstəsiyəm. Sol ayağımda qaralma və çürümə gedirdi, həkimlər xilas etdilər. Amma sağ ümumiyyətlə tərpənmir. Həkimlər çalışır, müalicə edir, görək necə olacaq”.

Sevda Bayramova / REDAKTOR.AZ