Rasim Balayev Prezidentlə görüşündən danışdı

 12:06 11.05.2019     861

Xalq artisti Rasim Balayev Prezident İlham Əliyev və birinci-vitse prezident Mehriban Əliyeva ilə görüşüb.

Redaktor.az xəbər verir ki, görüş Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunan tədbirdə baş tutub.

Xalq artisti Rasim Balayev Redaktor.az-a görüşlə bağlı təəssüratlarını bölüşüb:

“Məclisin sonunda bizim masaya, mənə yaxınlaşıb, görüşdülər. Hal-əhvalımı soruşdular. Söhbət etdik, biz də onları təbrik etdik. Gələcəkdə görüşlər, müəyyən problemləri aradan qaldırmaq üçün danışıqlar olacaq”.

Sevda Bayramova / REDAKTOR.AZ