Tel-Əvivdə "Eurovision-2019" mahnı müsabiqəsinin ilk yarımfinalı keçirilir
İsrailin Tel-Əviv şəhərində "Eurovision-2019" mahnı müsabiqəsinin ilk yarımfinalı start götürüb.
Redaktor.az xəbər verir ki, birinci yarımfinalda 17 ölkənin təmsilçisi iştirak edəcək, onlardan 10-u beynəlxalq müsabiqənin finalına vəsiqə qazanacaq.
Azərbaycanı təmsil edən müğənni Çingiz Mustafayev mayın 16-da ikinci yarımfinalda çıxış edəcək.
Rüfət Xəlil / Redaktor.az












