“Kann festivalına uyğun filmlərimiz yoxdur” - AÇIQLAMA

 17:30 15.05.2019     438

Bu gündən 72-ci "Kann" kino festivalı start götürüb. Festivalda hər zaman olduğu kimi dünya kinematoqraflarının son işləri təqdim olunacaq.

Görəsən, bu cür səviyyəli festivalın iştirakçıları sırasında niyə şərq ölkələrinin, o cümlədən, Azərbaycanın adı yoxdur?

Kino üzrə ekspertlər hesab edir ki, Avropada bir çox ölkələr adını kino industriyasına qızıl hərflərlə yazdırıb. Bunlar İspaniya, İngiltərə, İtaliya, Fransa, Almaniyadır. Onların düşüncələrinə görə, “Kann” festivalı “A” kateqoriyalı festivaldır, ona çatacaq, uyğun film Azərbaycanda hələ ki, çəkilməyib. 

Xalq artisti Oqtay Mirqasımov Redaktor.az-a məsələ ilə bağlı münasibət bildirdi:

“Səbəblər çoxdur, hətta milyarddır. Yer kürəsində böyük siyasət gedir. Ola bilsin ki, problemlərdən biri budur”.

Sevda Bayramova / REDAKTOR.AZ