Vaqif Səmədoğlunun yubiley tədbiri keçiriləcək

 11:05 21.05.2019     449

Mayın 24-də Akademik Milli Dram Teatrında Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi ilə bağlı anım mərasimi baş tutacaq.

Redaktor.az bildirir ki, tədbirdə dövlət rəsmiləri, ədəbiyyat və incəsənət xadimləri, oxucular iştirak edəcək. Vaqif Səmədoğlunun Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən danışılacaq, onun kitablarından ibarət sərgi nümayiş olunacaq.

Daha sonra Xalq şairi Vaqif Səmədoğlunun “Generalın son əmri” əsəri əsasında hazırlanan eyniadlı ikihissəli tragikomik səhnə əsəri təqdim olunacaq.

Sevda Bayramova / REDAKTOR.AZ