Ötən il incəsənət xadimlərinə 898 min manat məbləğində Prezident mükafatı verilib

 16:16 21.05.2019     465

2018-ci ildə incəsənət xadimlərinə verilən Prezident mükafatlarının məbləği bəlli olub.

Redaktor.az-ın ona.az-a istinadən verdiyi məlumata görə, ““2018-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair hesabata Hesablama Palatasının Rəyi”ndə bildirilib ki, incəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatlarının təsis edilməsi üzrə 2018-ci ildə nəzərdə tutulmuş vəsaitin icrası 902,9 min manat təyinata qarşı 898,6 min manat və ya 99,5 faiz olub. Bu da 2017-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 116,1 min manat  və ya 14,8 faiz çoxdur.

Vəsait Azərbaycan Respublikası Prezidentinin “İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” 06. 05. 2015-ci il tarixli, 1214 nömrəli Sərəncamına əsasən, incəsənət xadimlərinə mükafatın verilməsi üçün istifadə edilib.

 ““2018-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair hesabata Hesablama Palatasının Rəyi” Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.