Əməkdar artist vəfat etdi

 02:29 23.05.2019     547

Gəncə Dövlət Kukla Teatrının aktyoru, Əməkdar artist Nağəddin Məmmədov vəfat edib.

Redaktor.az ONA-ya istinadən xəbər verir ki, aktyor uzun sürən xəstəlikdən sonra 52 yaşında dünyasını dəyişib.

N.Məmmədov teatrda uzun müddət çalışıb. 2006-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Əməkdar artist fəxri adı ilə təltif edilib. Bir çox beynalxalq festivalların iştirakçısı olub.