Niyə CAZA tələbat AZALIB? - Cavan Zeynallıdan AÇIQLAMA

 17:39 24.05.2019     607

Son zamanlarda Azərbaycan musiqisində, bilavasitə, caz janrına tələbat azalıb. Sözsüz ki, bu janrı inkişaf etdirib, yeni istedadları üzə çıxartmaq üçün mütəmadi olaraq caz festivalları təşkil olunur, amma vəziyyət heç də ürəkaçan deyil.

Redaktor.az-a açıqlama verən əməkdar inəcəsənət xadimi Cavan Zeynallı bildirdi ki, cazın öz dövrü olub. İndi dinləyicilər bu janrdan qaçırlar:

“İndi musiqiçilər kommersiyalı mahnılara üstünlük verirlər. Cazda isə biznes söhbəti ola bilməz. Dollar göstərə-göstərə cazı öldürüblər. Tamaşaçılar bu janrdan qorxub, dinləmirlər. Cazın bir çox üslubları mövcuddur. Gərək Cavan Zeynallı kimi musiqiçi, onlara cazı sevdirsin, anlatsın və maraq artsın. Anlamırlar, diqqətlə musiqiyə qulaq asmırlar. Daim harasa tələsirlər. Caza rahat, oturaq vəziyyətdə, gözü yumlu şəkildə qulaq asmalısan. Hətta ABŞ-da belə bu janr ölüb. Sənətkarlar yaşlaşıb. Gənclər isə kommersiyalı, yəni yüngül cazı ifa edirlər. Onlara da cazmen deyirlər. Azərbaycanda mütəmadi olaraq caz festivalları keçirilir, hətta zalda boş yer belə tapa bilməzsən. Amma yenə də cazı sevən çox az adam tapılar. Məsələn, mən xalq mahnılarını da oxuyuram. Paxıllığımı çəkənlər qınayırlar. Yalandan saksafonda, pianoda ifa edirlər, onu da pis vəziyyətə qoyurlar. Çünki indi caz Məktəbi yoxdur”.

Sevda Bayramova / REDAKTOR.AZ

Vumart və Güvən reklamı Vumart Güvən