Musa Yaqubun qızı: "Heç vaxt özünü xalqdan ayırmadı"
"Son vaxtlar ad məsələsi çox ucuzlaşıb".
Səhər Musaqızı Redaktor.az-a açıqlamasında atasına Xalq şairi fəxri adının verilməsi ilə bağlı danışıb.
O, bu xəbəri eşidəndə kövrəldiyini bildirib:
“Amma bunu addan çox ağrı kimi qəbul etdim. Atam heç vaxt özünü xalqdan ayırmayıb. Buna görə onu qınayanlar da olub. Amma xalqın dərdi atamın şeirlərində, canındadır. Bu gün atam özündən çox şeirlərinə bənzəyir. Bu ağrılıdır”.
Səhər Musaqızı atasının da bu xəbəri eşidəndə kövrəldiyini qeyd edib:
“Mən onun hansı məqamda kövrəldiyini yaxşı bilirəm. Artıq AYB-nin sədri yazıçı Anar da atamı təbrik etməyə gəlib. Amma atamın özü hazırda xəstəxanadadır. Narahatam, xəbər gözləyirəm”.
Xatırladaq ki, bir müddət əvvəl şair Musa Yaqubun Xalq şairi fəxri adı alması üçün AYB-nin sədri yazıçı Anar təqdimat hazırlamışdı.












