Rəssam Qalib Bağırov dünyasını dəyişib

 09:23 03.06.2019     701

Rəssam Bağırov Qalib İsgəndər oğlu dünyasını dəyişib.

Redaktor.az-ın ona.az-a istinadən verdiyi məlumata görə, Qabil Bağırov uzun sürən xəstəlikdən sonra 74 yaşında ürək tutmasından həyatını itirib.

Əməkdar rəssam 1945-ci il may ayının 9-da Gəncə şəhərində anadan olub. Mərhum  1996-cı ildə Əzim Əzimzadə adına incəsənət, 1971-ci ildə Moskva Stroqnova adına incəsənət məktəblərini bitirib. O, 1996-cı ildə Gəncə Çökək Hamam Kompleksinin rəssamı kimi tanınıb. Bundan əlavə rəssam Azərbaycan Texnologiya Universitetində  müxtəlif vəzifələrdə çalışıb. Ömrünün sonuna kimi Çini Qablar Zavodunun baş rəssamı olub.

Vumart və Güvən reklamı Vumart Güvən