“Özəl televiziyalar nümunə götürməlidirlər” - Baba Vəziroğlu

 11:02 04.06.2019     790

Telekanallarda Bədii şuraların yaradılmasından iki aya yaxın vaxt keçməsinə baxmayaraq, efir məkanında heç bir dəyişiklik müşahidə olunmur. Necə deyərlər, "köhnə hamam, köhnə tas". Görünür, elə bu baxımdandır ki, şura üzvləri bu müddət ərzində görülən işlər, aparılan müzakirələr barədə danışmağda marağlı deyillər. Yenə də şair qəlbi... Baba Vəziroğlu danışdı. O Vəziroğlu ki, AzTV-də Bədii şuranın üzvüdür. 

Redaktor.az-a danışan əməkdar incəsənət xadimi şura üzvü olduğu AzTV-ni ÇOX TV-rə örnək göstərməyə çalışdı. Dedi:

“AzTV-nin bədii şurasının üzvüyəm, ona görə də daim nəzarət edib, efirlərinə, müzakirələrinə qatılıram. Buradan özəl televiziyalar nümunə götürməlidirlər. Müəyyən işlər, islahatlar aparılacaq. Görək, nəticələr olacaqmı? Tərpəniş var, amma imitasiyadır yoxsa real, bax onu vaxt göstərəcək.Tamaşaçılara laiq, yüksək səviyəli, mentalitetimizə uyğun verilişlər olmalıdır”.

Sevda Bayramova /REDAKTOR.AZ

 

Vumart və Güvən reklamı Vumart Güvən