Prezidentin ev hədiyyə etdiyi ƏMƏKDAR ARTİST DANIŞDI
Prezident İlham Əliyev əməkdar artist Sənubər İsgəndərliyə ev hədiyyə edib.
Sənətçi bununla bağlı ilk təəssüratlarını Redaktor.az-la bölüşdü:
“Hələ də şokdayam. Cənab Prezidentin bu hədiyyəsinə görə dərin təşəkkürümü bildirirəm. Daim incəsənət xadimlərinə böyük qayğı ilə yanaşıb. Bilmirəm nə deyim. Nitqim quruyub. Xəbəri eşidəndə qışqırdım. Sonra səsimi yoxladım, yaxşı ki, batmadı. Dünən axşam xəbər verdilər, amma səhər dəqiqləşdi. Bunun qarşılığında insan bilmir, neyləsin”.
Sevda Bayramova / REDAKTOR.AZ












