Xalq artisti VƏFAT ETDİ - FOTO
Rusiyanın Xalq artisti, aktrisa Alla Pokrovskaya 82 yaşında dünyasını dəyişib.

Redaktor.az starhit.ru-ya istinadən xəbər verir ki, bu haqda sənətçinin oğlu məlumat verib:
"İki həftədir ki, reanimasiyada idi. Vəziyyəti yaxşı deyildi. Sabah harada dəfn olunacağı müəyyənləşəcək".
Qeyd edək ki, Pokrovskaya teatr və kino sahəsində çalışması ilə yanaşı cizgi filmlərini də səsləndirib.
Sevda Bayramova / REDAKTOR.AZ












