“5 ildə belə vəziyyət olmayıb” - Əməkdar artistin məzarı niyə baxımsızdır?

 15:00 27.06.2019     969

Mərhum əməkdar artist Xanım Qafarovanın məzarı baxımsız qalıb.

Bununla bağlı sənətçinin bacısı Rübabə İbrahimova Redaktor.az-a açıqlama verib:

“Sonuncu dəfə mayda, onun ad günündə məzarına getmişdik. Yağış yağdığına görə otlar çıxıb, nəticədə baxımsız qalıb. Heç yerə müraciət etmədik, dövlət vaxtında əlindən gələni etdi. Anamın vəziyyəti yaxşı olmadığına görə, başımız ona qarışdı. Gedib, təmizlətdirəcəyik. 5 ildə belə bir vəziyyət olmayıb, daim nəzarət etmişik. Niyə belə oldu, heç özümdə anlamadım. Məzarın son vəziyyətini çəkib, paylaşıblar. Həmin videoya baxdıq, çox pis olduq. Niyə çəkib, yayımlayırlar? Düşünmürlər ki, onun qızına mənfi təsir göstərə bilər?".

Sevda Bayramova / REDAKTOR.AZ