Mədəniyyət Nazirliyində yeni TƏYİNAT

 16:40 27.06.2019     1089

Mədəniyyət Nazirliyində yeni təyinat olub.

Redaktor.az-ın apa.az-a istinadən verdiyi məlumata görə, Günel Aslanova Nazirliyin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri təyin olunub.

Buna qədər o, həmin şöbədə sektor müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, Vüqar Şıxəmmədov Səbail rayon İcra Hakimiyyəti başçısının müavini təyin olunandan sonra Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri vəzifəsi vakant idi.