Mənsum İbrahimov onu təhqir edən Xalq artistini ZİYARƏT ETDİ

 17:55 27.06.2019     968

Mənsum İbrahimov xəstəxanada müalicə alan Xalq artisti Canəli Əkbərovu ziyarət edib.

Bu barədə Xalq artisti Redaktor.az-a açıqlama verib: 

“Dünən sənət dostlarımızla yanına getmişdim. Bir müddət səfərlərimlə əlaqədar olaraq xaricdəydim, qayıdan kimi ziyarətinə getdim. Vəziyyəti normaldır. Canəli müəllim sağlam kişidir, hesab edirəm ki, hər şey tezliklə yaxşı olacaq. Küsülü deyildik. Canəli müəllim sənətimizin ağsaqqalıdır. Hər ailədə ata-bala arasında küsülülük olur, bizdə də həmçinin. Çoxdan olub, keçib getdi. Böyüyümüzün ayağına getməyi özümə borc bildim. Ziyarətinə çox adam gedir. Tək sənətçilər yox, sıravi vətəndaşlar da, onun yanına gedir. Otağı bir dəqiqə boş qalmır. Tezliklə onu aramızda gözləyirik”.

Qeyd edək ki, bir müddət əvvəl Xalq artistləri arasında muğam müsabiqəsinə görə qalmaqal yaşanıb. 

Sevda Bayramova / REDAKTOR.AZ