Təbrizdə dünyada ilk dəfə 600 metrlik bütöv xalça toxunub

 01:18 28.06.2019     572

Təbrizin xalçaçıları tərəfindən dünyada ilk dəfə 600 metrlik bütöv xalça toxunub.

Redaktor.az APA-ya istinadən xəbər verir ki,  600 metrlik xalçanın toxucusu olan müəssisənin direktoru Mənsur Əlipur-fərd jurnalistlərə açıqlamasında bildirib ki, xalça  60 sıra ilə, 70 rəngdə və üç ton ağırlığında toxunub. Xalçanın toxuması üçün 2 növbəli iş rejimində 6 il vaxt sərf edilib.

M. Əlipur-fərd deyib ki, hazırda xarici müştərilər üçün iki min kvadratmetr ölçüdə dörd xalça 400 nəfər işçi tərəfindən toxunur. Eyni zamanda Oman kralı üçün də min kvadratmetrlik bir xalça da toxunmaqdadır. 
Şərqi Azərbaycan vilayətinin Sənaye, Mədən, Ticarət Təşkilatının Xalçaçılıq İdarəsinin rəisi Nasir Avişen isə bildirib ki, hər il vilayət üzrə 1 milyon kvadratmetr xalça istehsal olunur. Ötən il Avropa, ərəb ölkələrinə, Rusiya və Çinə 100 milyon ABŞ dolları dəyərində xalça ixrac edilib.