Canəli müəllimin xəstəliyindən ŞOU yaradırlar

 12:45 28.06.2019     955

Bir neçə gündür Xalq artisti Canəli Əkbərovun səhhətində problem yaranıb, Mərkəzi Klinik Xəstəxanada müalicə alır.

Redaktor.az xəbər verir ki, həkimlər ona ürək insultu diaqnozu qoyublar.

Xalq artisti ilə əlaqə saxlayıb, vəziyyəti ilə maraqlanmaq istəsək də, onun əvəzinə xanəndənin bacısı telefona cavab verdi. Adını söyləmək istəməyən şəxs, qardaşının adından şou yaradan saytları qınadı:

“Canəli Əkbərovun vəziyyəti normaldır. Düşünürəm ki, bir neçə gün sonra artıq evə buraxılacaq. 80 yaşı var. Xəstələnməsi normaldır. Bir söz deyir, dərhal şou yaradırlar”.

Sevda Bayramova / REDAKTOR.AZ