30 iyun sevgililər günüdür - VİDEO / FOTOLAR
20 Yanvar İctimai Birliyinin təşkilatçılığı ilə “30 iyun – Sevgililər günü” ilə bağlı tədbir keçirilib.
Redaktor.az xəbər verir ki, tədbirdə İlhamın ailə üzvləri, Milli Məclisinin deputatları, jurnalistlər, şairlər və şəhid ailələri iştirak ediblər.
Tədbirdən öncə İlham və Fərizənin məzarı ziyarət olunub, üzərinə gül dəstələri qoyulub. Tədbirin rəsmi hissəsində İlham və Fərizənin əbədiyaşar sevgisini əks etdirən videoçarx nümayiş olunub. Daha sonra isə onların şücaətindən söhbət açılıb. Bildirilib ki, əsas məqsəd Azərbaycan gənclərinə əsl “Sevgi Gününün” mahiyyətini başa salmaq, gənclərə vətən sevgisini aşılamaq, onun dövlət səviyyəsində keçirilməsini təmin etməkdən ibarətdir.
Şəhidin qardaşı Elxan Allahverdiyev və 20 Yanvar İctimai Birliyinin sədri Sultan Əzimzadə Redaktor.az-la fikirlərini bölüşüblər. Sözügedən görüntüləri təqdim edirik:
Qeyd edək ki, İlham və Fərizənin xatirəsiylə bağlı hər il "30 iyun-Sevgililər günü" kimi qeyd edilir.
Sevda Bayramova / REDAKTOR.AZ
VIDEO+FOTO: Müzəffər İsmayilov




















