"Şəki Xan sarayının İrs siyahına salınması komitənin qərarından asılıdır" - Əbülfəs Qarayev

 13:36 01.07.2019     684

"Şəki Xan sarayının Mədəni irs siyahısına salınması ilə bağlı uzun müddətli işlər görülür". 

Redaktor.az-ın apa.az-a istinadən məlumatına görə, bunu UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının təşkilat komitəsinin sədri Əbülfəs Qarayev deyib.

O, bildirib ki, Şəki Xan sarayının siyahıya salınması ilə bağlı bərabər təkliflər irəli sürülüb: "Burda xüsusi addım gözləmək lazım deyil. Hər şey komitənin qərarından asılıdır. Qabaqcadan danışmaq istəmirəm".