UNESCO iki abidəni təhlükəyə məruz qalan məkanlar siyahısından çıxaracaq

 14:03 01.07.2019     664

"Yaxın on gün ərzində UNESCO-nun Dünya İrs Komitəsi mühüm qərarlar qəbul edəcək. Təhlükə altında olan iki məkanın UNESCO-nun təhlükəyə məruz qalan məkanlar siyahısından çıxarılması nəzərdə tutulur".

Redaktor.az-ın apa.az-a istinadən məlumatına görə, bunu bu gün UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində keçirilən mətbuat konfransında Dünya İrs Mərkəzinin direktoru Mextild Rossler bildirib.

O, qeyd edib ki, bu məkanlar Betlehem kilsəsi və Çilidə yerləşən məzar daşlarıdır: “Çili hökuməti vəsatət qaldırıb ki, bu ölkədə yerləşən məzar daşları siyahıdan çıxarılsın. Komitənin bununla bağlı qərar çıxarması gözlənilir".