"Azərbaycan Hirkan meşəsinin Dünya Mədəniyyət İrsi siyahısına daxil edilməsi ilə bağlı təklifə qoşula bilər"

 14:10 01.07.2019     765

"İran tərəfindən Hirkan meşəsinin Dünya Mədəniyyət İrsi siyahısına daxil edilməsi maraqlı təşəbbüsdür. İlkin nəticələrə görə, Hirkan meşəsi siyahıya daxil olmaq üçün şanslıdır".

Redaktor.az-ın apa.az-a istinadən məlumatına görə, bunu bu gün mədəniyyət naziri Əbülfəs Qarayev UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

Ə. Qarayev deyib ki, Azərbaycan da gələcəkdə öz ərazisindəki Hirkan meşəsi ilə bağlı bu nominasiyaya qoşula bilər: "Hər iki ölkə Hirkan meşələrinin birgə layihə çərçivəsində qorunmasını həyata keçirə bilər. Eyni zamanda Azərbaycan da ərazisindəki Hirkan meşəsi ilə bağlı belə təklif irəli sürə bilər ".

 

UNESKO-nun Dünya İrs Mərkəzinin direktoru Mextild Rossler deyib ki, Azərbaycanın Hirkan meşəsi ilə bağlı belə təklifi olub: "Sonra İran bunu görüb, belə təkliflə çıxış etdi".