Canəli Əkbərovun səhhəti ilə bağlı SON MƏLUMAT

 12:50 02.07.2019     2018

Bir neçə gündür Xalq artisti Canəli Əkbərovun səhhətində problem yaranıb, Mərkəzi Klinik Xəstəxanada müalicə alır.

Redaktor.az xəbər verir ki, həkimlər ona ürək insultu diaqnozu qoyublar.

Xalq artisti ilə əlaqə saxlayıb, vəziyyəti ilə maraqlanmaq istədik. Suallarımızı Əkbərovun bacısı cavablandırdı:

“Canəli müəllimin vəziyyəti qənaətbəxşdir. Yavaş-yavaş yeriməyə başlayıb, amma xəstəxanadan çıxacağı vaxt hələ ki məlum deyil".

Sevda Bayramova / REDAKTOR.AZ

Vumart və Güvən reklamı Vumart Güvən