Avstraliya nümayəndəsi: Bakı gözəl şəhərdir

 17:10 02.07.2019     1820

Bakıda keçirilən UNESCO Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası dünya mədəni irsinin qorunması üsullarını müzakirə etmək üçün dünyanın hər yerindən mütəxəssisləri toplamış vacib tədbirdir.

Redaktor.az-ın trend.az-a istinadən məlumatına görə, bunu Avstraliyanın Dəniz faunasının mühafizəsi cəmiyyətinin nümayəndəsi İmocen Zethoven sessiya zamanı deyib.

O, Bakı şəhərinin gözəlliyindən heyrətləndiyini deyib:

“Bakı gözəl şəhərdir. Müasir və qədim memarlıq bir-birilə gözəl uyğunluq təşkil edir. Mən buraya bir daha gəlməyə ümid edirəm”.

O, həmçinin əlavə edib ki, tədbir yüksək səviyyədə təşkil olunub.