Məşhur şair VƏFAT ETDİ - Türk dünyası yasda / FOTO

 10:11 03.07.2019     1021

"Kiçik İsgəndər" ləqəbi ilə tanınan məşhur türk şairi, Derman İsgəndər 55 yaşında vəfat edib.

Redaktor.az yerli mənbələrə istinadən xəbər verir ki, şair uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi. Müasir türk ədəbiyyatının tanınmış simalarından olan İsgəndərin, ən son “İkinci Waliz” şeir kitabı bir müddət əvvəl işıq üzü görmüşdü.

Romanları ilə də nüfuz qazanan Derman İsgəndər, filmdə də rol alıb. O, “Ağır roman” filmi ilə tamaşaçılar qarşısına çıxıb. Mərhum şair bir sıra mükafatların laureatıdır.

Anar Türkeş / Redaktor.az