Ürəyindən əməliyyat olunan əməkdar artistdən XƏBƏR VAR

 15:18 04.07.2019     700

Ürəyindən əməliyyat olanan əməkdar artist Vidadi Həsənov evə buraxılıb.

Aktyor səhhəti ilə bağlı Redaktor.az-a açıqlama verdi:

“Bir az əvvəl evə buraxıldım, hər şey yaxşıdır. Ürəyimə stend qoyuldu, əməliyyatım normal keçdi. Bütün sənət dostlarıma təşəkkürümü bildirirəm. Zəng edib, maraqlanırdılar. Hər kəs sağlamlığına diqqət yetirməlidir”.

Sevda Bayramova / REDAKTOR.AZ