Musa Yaqubun səhhəti ilə bağlı SON MƏLUMAT

 16:05 04.07.2019     347

"Musa Yaquba zəng vurdum. Səsi gur və sağlam idi".

Redaktor.az xəbər verir ki, bu sözləri Xalq şairi Sabir Rüstəmxanlı "Facebook" səhifəsində yazıb: 

"Xalq şairi Musa Yaquba zəng vurdum. Səsi gur və sağlam idi. Yenə ənənəvi sualını verdı: Bəs nə vaxt gəlirsən? Məlum oldu ki, bu arada cəmi bircə dəfə tələsdiyimdən, ona baş çəkmədən, keçib Zaqatalaya getdiyimi bilir. "Bu istidə niyə oturmusan şəhərdə? Gəl bir dərdləşək" deyib məni tələsdirdi. "Sonra mən müalicəyə getməliyəm, gəlib məni tapmazsan" deyib güldü. Səsindən Babadağ havası vururdu... Babadağ durduqca bu səs də yaşayacaq...".

Redaktor.az