Bohai boğazında quşların miqrasiyası bölgəsi Dünya İrs Siyahısına salınıb

 11:55 05.07.2019     552

Sarı dəniz sahilində yerləşən Bohai boğazında quşların miqrasiyası bölgəsi Dünya İrs Siyahısına salınıb.

Redaktor.az-ın apa.az-a istinadən verdiyi məlumata görə, bu qərar Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü Sessiyasında verilib. Sarı dəniz sahilində yerləşən Bohai boğazında quşların miqrasiyası bölgəsi Çin tərəfindən irəli sürülüb. Müzakirələrdən sonra bölgə Dünya İrs Siyahısına salınıb.

Qeyd edək ki, ümumilikdə 35 nominasiya müzakirəyə çıxarılıb. Onlardan 5-i təbii, qalanı isə mədəni abidələridir. Nominasiyaların 15-i Avropadan, 1-i isə Afrikada verilib.

 

Xatırladaq ki, Azərbaycandan Şəki şəhərinin qədim hissəsi və Şəki Xan Sarayının Dünya İrs siyahısına salınması da müzakirəyə çıxarılacaq.