Çinin Lyançju şəhəri UNESCO-nun Dünya İrs siyahısına daxil edilib

 11:36 06.07.2019     699

Çinin Lyançju şəhəri UNESCO-nun Dünya İrs siyahısına daxil edilib.

Redaktor.az-ın apa.az-a istinadən verdiyi xəbərə görə, bununla bağlı qərar UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında qəbul olunub.

Dünya İrs Komitəsinə üzv dövlətlər 5 min illik tarixə malik olan Lyançju şəhərinin qorunmasının vacibliyini vurğulayıblar.