SON DƏQİQƏ: Məşhur aktyor VƏFAT ETDİ - VİDEO

 11:47 10.07.2019     2292

ABŞ-ın televiziya, kino və teatr aktyoru Rip Torn 88 yaşında həyatını itirib.

Redaktor.az CNN-ə istinadən xəbər verir ki, bu barədə onun mətbuat katibi məlumat verib. Bildirilib ki, məşhur aktyor evində dünyasını dəyişib.

Onun ölüm səbəbinə dair hələlik açıqlama verilməyib.

Qeyd edək ki, Rip Torn 1950-ci ildən bəri çox sayda məhşur filmdə o cümlədən “Men in Black, 30 Rock, The Larry Sanders Show” kimi tanınmış layihələrdə rol alıb.

O, həmçinin komediya aktyoru kimi də nüfuz qazanıb, bir sıra mükafatların sahibidir.

Anar Türkeş / Redaktor.az

22222