Xalq artisti təcili xəstəxanaya yerləşdirildi

 12:34 11.07.2019     2567

Xalq artisti Yalçın Rzazadə xəstəxanaya yerləşdirilib.

Redaktor.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, ürəyində və öd kisəsində problemlər yaranan ifaçının qanında zəhərlənmə olduğundan təcili olaraq xəstəxanaya çatdırılıb.

Mərkəzi Dənizçilər Xəstəxanasında müalicə olunan Xalq artistinin vəziyyəti ağırdır.

Son üç gündə üç xəstəxana dəyişən Y.Rzazadə hazırda həkimlərin ciddi nəzarətindədir.