Bu gün Telman Adıgözəlovun DOĞUM GÜNÜDÜR

 12:45 17.07.2019     886

Azərbaycanın məşhur televiziya, teatr və kino aktyoru, aparıcı, Xalq artisti Telman Adıgözəlovun doğum günüdür.

Redaktor.az xəbər verir ki, Adıgözəlov Telman Abbasqulu oğlu 1953-cü ildə Balakən şəhərində anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsini bitirdikdən sonra Akademik Milli Dram Teatrında fəaliyyətə başlayıb. Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” , İlyas Əfəndiyev “Xurşidbanu Natəvan”, “Mahnı dağlarda qaldı”, Şekspirin “Maqbet”, Mirzə İbrahimovun “Közərən ocaqlar” və onlarla digər tamaşalarda yaddaqalan maraqlı obrazlar yaradıb.

İstedadlı aktyor Dövlət televiziyasında ərsəyə gələn “Yaşıl eynəkli adam”, “Ordan-burdan”, “Qonşular”, “Azərbaycanfilm” kino studiyasında istehsal olunmuş “Nəsimi”, “Üzü küləyə”, “Xatirələr sahili” kimi filmlərdə xarakterik rollar ifa edib.

Telman Adıgözəlov 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti və 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

Sevda Bayramova / REDAKTOR.AZ