Azərbaycanlı aktyor Parkinson xəstəliyindən əziyyət çəkir

 17:14 18.07.2019     1106

Teatr səhnəsində, bir çox filmlərdə rol alan aktyor Allahverdi Yolçuyev Parkinson xəstəliyindən əziyyət çəkir.

Redaktor.az-a açıqlama verən aktyor bunun stressdən yarandığını söyləyib:

“Stressdən, depresiyadan yaranıb. Ayaqda əsmə yaranıb. Bu, hələ ki başlanğıcdır. Bizdə bunun mütəxəssisi yoxdur. İrana getdim, orada 95 yaşlı həkim var, mənə xüsusi dərman yazdı, bir az kömək edib. Bunun müalicəsi yoxdur, gərək əməliyyat olunum, o da riskdir. Əməliyyatın qiyməti 30 min avrodur. Heydər Əliyev Fonduna müraciət etmədim”.

Sevda Bayramova / REDAKTOR.AZ