AMEA: Zaqatala və Qaxdakı abidələrin bərpaya ehtiyacı var

 04:21 30.07.2019     967

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Memarlıq və İncəsənət İnstitutunun əməkdaşları Şəki, Zaqatala və Qax şəhərlərində memarlıq abidələrinə baxış keçirib, onların hazırkı vəziyyətini yoxlayıblar. 

AMEA-dan Redaktor.az-a verilən məlumata görə, memarlar UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Şəki Xan Sarayında, habelə Zaqatala qalasında, Zaqatalanın mərkəzindəki Rus-Provoslav Kilsəsində, Car, Çingiz və Kəbəloba kəndlərindəki qalalarda, İlisunun Came məscidində, sultanların türbələrində, Ulu körpüdə olub, bir sıra yaşayış binalarına baxış keçiriblər. 

Eləcə də Zaqatalanın Tarix-Diyarşünaslıq Muzeyində olub, rayonun tarixi, arxeoloji irsi, etnoqrafiyası və s. tanış olublar. 

Mütəxəssislər belə qənaətə gəliblər ki, Zaqatala və Qax şəhərindəki abidələrin bərpaya ehtiyacı var.