Yenicə Xalq artisti adlarını alan aktyorlar DANIŞDILAR

 20:38 31.07.2019     1045

Prezident İlham Əliyev Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə kino xadimlərinə Azərbaycan Respublikasının fəxri adları verilib.

Onlardan biri Vidadi Həsənov təəsüüratlarını Redaktor.az-la bölüşdü:

“Eşidən kimi reaksiya verdim, sevindim. Bu, xəbər mənim üçün gözlənilməz oldu. Çoxuşaqlı ailədə böyümüşəm. Atam övladlarına paltar alanda mənim növbəm daim yay tətilinə düşürdü. Təsadüfən fəxri adımı da, elə yayda aldım. Bizim yaşımızda durmaq olmaz. Az qalıb, duracayıq amma hələki ona vaxt var. İllər sürətlə keçir ona görə də, o təqvimə qoşulmalıyıq. Yarımçıq qalmasın. Hələ evə çatmamışam, siyahı ilə tanış olmamışam. Həmkarlarımı təbrik edirəm, onların adına sevinirəm”.

Daha bir kino xadimi sevincli xəbəri aldı. Bu, isə Xalidə Qurbanova oldu:

"Şad xəbər məni qəflədən yaxaladı ona görə də, sevincimin həddi-hüdudu yoxdur. İki qat sevinirəm. Mənə göstərilən etimada görə Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm".

Sevda Bayramova /REDAKTOR.AZ