Xalq artisti adı alan aktyor DANIŞDI

 18:06 01.08.2019     1613

Ötən gün Prezident İlham Əliyev Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə kino xadimlərinə Azərbaycan Respublikasının fəxri adları verilib.

Xalq artisti adına layiq görülən Vidadi Əliyev təəssüratlarını Redaktor.az-la bölüşdü:

“Allah hər kəsə fəxri ad almağı nəsib etsin, amma vaxtında və yaşında. Xəbər gözlənilməz oldu. 52 il İrəvan Dövlət Azərbaycan Dram Teatrında çalışmışam. Mədəniyyət ocağında işləyə-işləyə müxtəlif filmlərdə də rol almışam. Yaradıcılığımın böyük hissəsini teatra sərf etmişəm. 10-15 gün öncə qısametrajlı filmdə çəkilmişəm. Məncə uğurlu olacaq. İş var, çalışırıq. Milli Kino günü ərəfəsində fəxri ad almaq mənim üçün ikiqat sevincdir. Azərbaycan filminin uğrunda canını qoyan nəhənglər , dahilər olub. Siyahıda varamsa, bu yükü çiynimdə daşıyıramsa, mənim üçün böyük fəxarətdir”.

Qeyd edək ki, Vidadi Əliyev Xalq artisti Elmira İsmayılova ilə evlidir. “Soy Production”un rəhbəri Oqtay Əliyev və tanınmış aparıcı Elçin Əlibəyli isə onların övladlarıdır.

Sevda Bayramova / REDAKTOR.AZ