Milli Kino Günü qeyd olunub

 19:16 02.08.2019     8997

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində Milli Kino Günü və Azərbaycan kinosunun 121 illiyinə həsr olunan tədbir keçirilib. 

Redaktor.az APA-ya istinadən bildirir ki, tədbirdə çıxış edən Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev nazir Əbülfəs Qarayevin təbrikini kino xadimlərinə çatdırıb. 

Nazir müavini Azərbaycan kinosunun qazandığı uğurlar barədə danışıb. 

Daha sonra bir qrup kino xadimi mükafatlandırılıb. 

Sonda isə gənc rejissorlar Kamal Yaşarın "Dan Yeli", Pərviz Həsənovun "Soraq" və Orxan Ağazadənin "Oturacaqlar" filmləri nümayiş olunub.