SON DƏQİQƏ: "Kurtlar Vadisi"nin məşhur aktyoru VƏFAT ETDİ - FOTO

 13:45 03.08.2019     11514

Türk kinosunun məşhur siması, tanınmış aktyor Cengiz Sezici 69 yaşında vəfat edib.

Redaktor.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktyorun bu gün səhər saatlarında səhhəti ağırlaşıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Sezici uzun müddət idi nəfəs sistemində olan problemlərdən əziyyət çəkirdi. Cengiz Sezici “Kurtlar Vadisi Pusu”, “Kül və atəş”, “Arka sokaklar” və digər məşhur seriallarda rol alıb. Son olaraq o, “Söz” serialında Sami xarakterini canlandırıb.

Anar Türkeş / Redaktor.az

2