VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək

 13:37 15.08.2019     189

Sentyabrın 27-dən 29-dək VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. 

Redaktor.az-ın məlumatına görə, tədbirin təşkilatçısı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyidir.

İştirakçılar Sərgi-Yarmarkada çap məhsullarını nümayiş etdirmək, satmaq, yerli və xarici nəşriyyatlar, müəlliflər və milli nəşriyyat-poliqrafiya müəssisələri ilə danışıqlar aparmaq, müqavilələr bağlamaq imkanı qazanacaqlar.

VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında hər bir iştirakçıya stend sahəsi (6 kv.m.-dək) və avadanlıqlar ödənişsiz veriləcək.

VI Bakı Beynəlxalq Sərgi-Yarmarkasında iştirak haqqında ilkin məlumat ən gec avqustun 19-dək, ərizə-müqavilə isə avqustun 31-dək təqdim edilməlidir ([email protected]).

Ərizə-müqaviləni (PDF formatında) burada yükləyə bilərsiniz.

Ziyarətçilər üçün sərgiyə giriş sərbəst olacaq.