Əfsanəvi film geri qayıdır - "Matrix-4"

 03:21 23.08.2019     619

Warner Bros kino şirkəti əfsanəvi "Matrix" filminin 4-cü hissəsinin anonsunu verib.

Redaktor.az Life.ru-ya istinadən xəbər verir ki, 4-cü hissədə növbəti dəfə dünya ulduzu Kianu Rivz əsas rollardan birini canlandıracaq. Filmin əsas qadın personajı isə ilk üç hissədə olduğu kimi yenə də Keri Anna Moss olacaq.

Rejissor kürsüsündə isə ənənəvi olaraq Lana Vaçovskinin olacağı bildirilir.

Müəlliflər filmin ssenarisi haqda heç bir açıqlama verməyib.

Rüfət Xəlil / Redaktor.az