Fotoqraf Peter Lindberq VƏFAT ETDİ

 16:15 04.09.2019     425

Moda sahəsindəki fotoları ilə məşhur olan alman fotoqraf Peter Lindberq 75 yaşında vəfat edib. 

Redaktor.az-ın apa.az-a istinadən verdiyi xəbərə görə, fotoqrafın ölümünü ailəsi təsdiqləyib. 

1944-ci ildə Leşnoda doğulan Lindberq ömrünün son illərini Paris, Nyu-York və fransız Arlında yaşayıb. 

Lindberq məşhur model və aktrisaları, o cümlədən Katrin Denov, Madonna, Şeron Stoun, Naomi Kempbell, Sindi Kouford və başqalarını çəkib. 

“Vogue”, “Rolling Stone” kimi aparıcı dünya nəşrləri Lindberqin işlərini üz qabıqlarında təqdim ediblər. Lindberq moda sahəsinin ən məşhur fotoqraflarından hesab olunur.