"Bu il bir çox festival keçiriləcək" - Əbülfəs Qarayev

 17:15 12.09.2019     401

"Teatr mövsümü sentyabrın ortalarında başlayır. Yay mövsümündə isə bizim teatrların bir qismi beynəlxalq festivallarda iştirak edir".

Redaktor.az-ın məlumatına görə, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, mövsüm sentyabrın ortasında başlayıb iyunun ortası, bəzən axırına kimi davam edir:

"Demək olar, bütün teatr müəssisələrinə dövlət sifarişi veririk. Teatrlara Prezident tərəfindən maddi vəsait də ayrılıb. Bu il bir çox festival keçiriləcək".