Yazıçı Dyerd Konrad vəfat edib

 12:31 14.09.2019     212

Macarıstanlı yazıçı Dyerd Konrad (György Konrád) 87 yaşında vəfat edib.

Redaktor.az-ın verdiyi məlumata görə, yaxınları onun uzun müddətdir, xəstəlikdən əziyyət çəkdiyini bildiriblər. 

Konrad 2 aprel 1933-cü ildə müasir Macarıstanın şərqindəki Debretsen şəhərində, yəhudi ailəsində anadan olub. 1956-cı ildə Budapeşt Universitetini bitirib, 1959-cu ildən isə çap olunub. 

Konrad “Ağır gün” (1969), “Şərik” (1982), “Bağda bal” (1989) kimi romanların müəllifidir. 

1976-1989-cu illərdə Macarıstanda Konradın əsərlərinin çapına qadağa qoyulub. //Apa.az