"Mehriban Əliyevanın göstərişi ilə Gəncə Dövlət Dram Teatrının təmir-bərpası aparılır"

 18:21 17.09.2019     374

"Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə Gəncə Dövlət Dram Teatrının yeni binasının Heydər Əliyev Fondu tərəfindən təmir-bərpası aparılır".

Bunu Şuşa Dövlət Musiqili Dram Teatrında keçirilən 147-ci teatr mövsümünün açılışında Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazir təmir-bərpa işləri ilə tanış olduğunu bildirib: "Mən əminəm ki, təmirdən sonra Gəncə Dövlət Dram Teatrının çox möhtəşəm binası olacaq. Bununla da bizim Gəncədə yeni bir teatr binamız fəaliyyətə başlayacaq. Bu işlər hamısı zəruri və lazımlı addımlardır".//Apa.az