Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının açılışı olub - FOTO

 20:57 18.09.2019     402

Sentyabrın 18-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının açılış mərasimi olub.

Redaktor.az-ın məlumatına görə, açılış mərasimində Mədəniyyət naziri Əbülfəs Qarayev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli və başqa qonaqlar iştirak ediblər.

Tamaşaçılara Xalq artisti, dirijor Rauf Abdullayevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti təqdim olunub.