Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olunub

 12:47 23.09.2019     455

Sentyabrın 23-də Mədəniyyət naziri Əbülfəs Qarayev “Xalq artisti” fəxri adını Cahangir Novruzova təqdim edib. 

Redaktor.az-ın məlumatına görə, nazir Azərbaycan mədəniyyətinə böyük töhfələr vermiş məşhur nəslin nümayəndəsi olan aktyorun öz soyunun sənət yolunu layiqincə davam etdirdiyini bildirib: “Cahangir Novruzov teatr sənətimizin zəngin ənənələrini Adananın Çukurova Universiteti Dövlət Konservatoriyasında təbliğ edir və artıq həmin təhsil ocağında öz məktəbini formalaşdırıb”.

Əbülfəs Qarayev dövlət başçısının sərəncamı ilə yüksək fəxri ada layiq görülməsi münasibətilə sənətkara təbriklərini çatdırıb, “Xalq artisti” adının nişanını və vəsiqəsini ona təqdim edib.

Yaradıcılığına verilən yüksək qiymətə görə dövlət başçısına minnətdarlığını bildirən teatr xadimi bundan sonra da mədəniyyətimizin inkişafına və təbliği istiqamətində yorulmadan çalışacağını diqqətə çatdırıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə tanınmış aktyor və rejissor, Türkiyənin Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov “Xalq artisti” fəxri adına layiq görülüb.