"Milli Azlıqların Bədii Yaradıcılıq Antologiyası" çap olunub

 18:40 25.09.2019     406

 

"Milli Azlıqların Bədii Yaradıcılıq Antologiyası" adlı kitab çapdan çıxıb.

Redaktor.az-ın verdiyi xəbərə görə, Azərbaycan Yaradıcılıq Fondundu ilə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə layihəsi olan kitabda ölkəmizdə yaşayan milli azlıqların atalar sözləri, nağılları, poeziyası və nəsr nümunələri toplanılıb.

Kitabın tərtibçiləri Tahir Kazımlı, Fuad Cəfərov, Taleh Eminoğlu redaktorları Qismət Rüstəmov və Fəxri Uğurludur.

Yaxın günlərdə kitabın bölgələrdə təqdimatı keçiriləcək.