Əməkdar artist Kazım Abdullayev ürəyindən əməliyyat olunub

 15:20 02.10.2019     406

Əməkdar artist Kazım Abdullayev ürəyindən əməliyyat olunub. 

Bu barədə aktyorun oğlu Fərhad Abdullayev xəbər verib.

Onun sözlərinə görə, Mərkəzi Gömrük Xəstəxanasına yerləşdirilən atası bu gün əməliyyat olunub: “Ürək əməliyyatı indicə bitib. Vəziyyəti yaxşıdır. Atamın ayağında da tromb olduğuna görə hazırda ayağından əməliyyat olunur”.//Apa.az